Hadisə

Bakıda küçədə tapança tapıldı

Bakıda küçədə tapança tapıldı

Bakıda küçədə tapança aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə sentyabrın 4-ü gecə saatlarında paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən selofan paketə bükülmüş TT markalı tapança və boş darağı aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Demokrat.az

D
demokrat.az