Sosial

Eldar Əzizovdan Meriya binasının köçürülməsi xəbərinə reaksiya: “Maraqlı məlumatdır”

Eldar Əzizovdan Meriya binasının köçürülməsi xəbərinə reaksiya: “Maraqlı məlumatdır”

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürülməsilə bağlı məlumatlar dolaşmaqdadır.

İcra Hakimiyyətindəki mənbənin verdiyi məlumata görə, bir müddət sonra MeriyanınBakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də (“İçərişəhər” metrostansiyasının yaxınlığında)yerləşən binasının köçürüləcəyi gündəmdədir. HəttaMeriyanınyeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq “Qış parkı”nın yaxınlığı seçilib.

Demokrat.Az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən EldarƏzizov məsələ ilə bağlıModern.az-ın sualını cavablandırıb.

O bildirib ki, Meriyanın köçürülməsilə bağlı məlumatı yeni eşidir:

“Bu barədə ilk sizdən eşidirəm.Amma istənilən halda çox maraqlı məlumatdır. Dəyərləndirmək olar”.

D
demokrat.az