Sosial

“Kaspi” qəzeti fəaliyyətini dayandırıb? — Baş redaktordan REAKSİYA

“Kaspi” qəzeti fəaliyyətini dayandırıb? — Baş redaktordan REAKSİYA

“Kaspi” qəzetinin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılıb. Bu barədə Unikal.org saytı yazıb.

Demokrat.azxəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən qəzetin baş redaktoru İlham Quliyev bildirib ki, “Kaspi” qəzeti sadəcə, gündəlik yayımını dayandırıb.

Qəzet sentyabr ayından etibarən həftədə bir dəfə işıq üzü görəcək. O qeyd edib ki, daha çox “Kaspi”nin elektron versiyasına diqqət yönəcələk.

Qeyd edək ki, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevadır.

D
demokrat.az