Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılıb, kanalın sakinlər tərəfindən zibilləndirildiyi bildirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən Demokrat.az-a verilən məlumata görə, məsələ ilə bağlı paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.
Qeyd edilir ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş verib.
Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənib, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilib, ərazinin təmizliyınə cavabdeh olan yerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artirılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.


