Dünya

Berluskoni koronavirusa yoluxdu

Berluskoni koronavirusa yoluxdu

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni koronavirusa yoluxub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı keçmiş nazirin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Məlumatı Berluskoninin lideri olduğu Forza İtaliya partiyası verib. Açıqlamada bildirilir ki, Berluskoninin test nəticələri pozitiv çıxdıqdan sonra o, özünü evdə karantinə alıb.

Demokrat.az

D
demokrat.az