Sosial

Tanınmış jurnalist "Yelo Bank"dan getdi

Tanınmış jurnalist Yelo Bankdan getdi

"Yelo Bank"-ın İctimaiyyətlə əlaqələr üzrə müşaviri İlkin Əhmədov adıçəkilən bankdan gedir.

Demokrat.az xəbər verir ki, İ.Əhmədov prodakşn şirkətlərindən biri ilə müqavilə imzalayıb. Həmin şirkətin həyata keçirdiyi bir çox layihələrdə yer almağı planlaşdıran jurnalist eyni zamanda "Radio Antenn"-də (101 FM) yol hərəkəti ilə bağlı verilişin aparıcısı olacaq. Veriliş tanınmış hüquqşünas Ərşad Hüseynovla birgə ərsəyə gələcək.

İ.Əhmədovun sözlərinə görə, "Düzgün hərəkət" adlı layihə üzərində xeyli müddətdir iş gedirdi: "Hər gün minlərlə yol hərəkəti iştirakçısının yol yoldaşı olmaq böyük məsuliyyətdir. Məqsədimiz hər kəsə faydalı olmaqdır. Sentyabrın 7-dən etibarən həftə içi hər gün 18:00-dan etibarən "Düzgün hərəkət"də olacaqsınız. Bizi dinləməyiniz "Düzgün hərəkət"dir".

Həmkarımız onu da əlavə edib ki, tezliklə layihə video formatda da yayımlanacaq: "Gələcəkdə TV versiyası üzərində işləyə bilərik. Lakin indiki mərhələdə bu prioritet deyil. Çünki sosial şəbəkələr TV-lər üzərində çox böyük üstünlüyə malikdir. Birinci hədəfimiz radio, ikinci isə sosial şəbəkələrdir".

Qeyd edək ki, İ.Əhmədov bundan əvvəl "AcssesBank"-da PR menecer, APA informasiya agentliyində iqtisadiyyat şöbəsinin rəhbəri və ATV kanalında müxbir kimi çalışıb.(abc.az)

D
demokrat.az