ABŞ Cənubi Kiprə qarşı tətbiq edilən silah embarqosunu götürüb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu qərar Türkiyənin Yunanıstan və Cənubi Kiprlə yaşadığı fikir ayrılığından sonra verilib. Türkiyənin Xarici İşlər Nazirliyi isə bu qərarı pisləyib. Açıqlamada bildirilib:
“ABŞ-ın bu addımı müttəfiqlik ruhu ilə üst-üstə düşmür. Türkiyən Şimali Kipr Türk Respublikası xalqının təhlükəsizliyinin təmin edilməsi üçün bütün addımları qərarlı şəkildə atacaq”.


