Afrika qitəsində koronavirusa yoluxanların sayı 1 milyon 250 min 375 olub.
Demokrat.az xəbər verir ki, COVID-19-a yoluxanlardan 979 min 996 nəfər sağalıb. 161 nəfərin dünyasını dəyişməsilə qitədə ölənlərin sayı 29 min 633-ə çatıb.
Bu günə qədər Afrikada koronavirusdan ən çox itki verən ölkələr Cənubi Afrika (14 min 28), Misir (5399) və Əlcəzair (1501) olub.
Cənubi Afrikada yoluxmaların sayı 625 min 56, Misirdə 98 min 727, Mərakeşdə isə 61 min 399 nəfər olub.(yeniavaz.com)


