Hadisə

Bakıda yaşayış binasının zirzəmisində yanğın başladı — YENİLƏNİB

Bakıda yaşayış binasının zirzəmisində yanğın başladı — YENİLƏNİB

Nizami rayonunda yerləşən binanın zirzəmisində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

19:02

Paytaxtın Nizami rayonunda yerləşən binanın zirzəmisində yanğın qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Bakı Metrosunun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında yerləşən yüksəkmərtəbəli yaşayış binasında baş verib. Zirzəmidə məişət tullantıları yanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

D
demokrat.az