Dünya

Tixanovskaya: "Bütün belaruslar istəyirlər ki, Lukaşenko getsin"

Tixanovskaya: Bütün belaruslar istəyirlər ki, Lukaşenko getsin

Belaruslar daha Aleksandr Lukaşenkoya etibar edə bilmirlər - onlar daha onu istəmirlər. Bu barədə prezidentliyə müxalif namizəd Svetlana Tixanovskaya Fransanın «Le Monde» qəzetinə müsahibəsində bəyan edib.

«Ancaq məsələ onda deyil ki, bu gün prezident kimdir - bunun heç bir əhəmiyyəti yoxdur. Vacib odur ki, belaruslar daha Lukaşenkoya etibar edə bilmirlər, onlar daha onu istəmirlər, bax belə. O, daha legitim deyil. Bu, qəflətən baş verdi və tədricən inkişaf etdi» - Tixanovskaya bildirib.

O, əlavə edib ki, müxalifət istənilən qanuni fəaliyyətlə Lukaşenkonun vəzifədən getməsinə nail olmaq niyyətindədir.

«Bütün belaruslar istəyirlər ki, o, getsin. Onlar dəyişiblər, onların gözləri açılıb. Onlar daha razılaşmaq istəmirlər ki, o, bütün baş verənlərdən sonra bu ölkəni idarə etsin. Gec-tez dinc etirazlar və tətillər sayəsində o, gedəcək» - Tixanovskaya bəyan edib.

Onun sözlərinə görə, belaruslar bundan sonra repressiyalara imkan verməyəcəklər.

D
demokrat.az