Azərbaycanda ötən il qadınların ən çox hansı cinayətləri törətdiyi məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2019-cu ildə ölkədə 1039 qadın cinayət törədib. Onlardan 11 nəfəri adam öldürüb, 1 nəfər isə öldürməyə cəhd edib.
137 qadın oğurluq, 100-ü dələduzluq, 46-sı xuliqanlıq, 4-ü rüşvətxorluğa görə məsuliyyətə cəlb edilib.
Narkotik daşınmasına görə 97, yol qəzasına görə 58 qadın ittiham olunub. Qadınların törətdiyi yol qəzalarında 9 nəfər ölüb.


