Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sonuncu iclasında Baş Prokurorluq tərəfindən iki vəkil - Zibeydə Sadıqova və Nemət Kərimovun barəsində təqdimata baxılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun təqdimatında Zibeydə Sadıqova və Nemət Kərimovun Vəkillər Kollegiyasından xaric olunması istənilib.
Eyni zamanda Vəkillər Kollegiyasına münasibəti ürəkaçan olmayan müxalif mövqeyli Bəhruz Bayramov barəsində məşhur şəxs tərəfindən şikayət olunub.
Lakin həmin şikayət araşdırılan zaman barələrində şikayət olunan vəkillərdən heç birinin intizam pozuntusuna yol vermədiyi məlum olub.
Bu səbəbdən də həmin şəxslər barəsində heç bir tədbir görülməyib.
Göründüyü kimi, Vəkillər Kollegiyası ilə münasibətləri kifayət qədər kəskin olan və daha çox müxalif şəxslərin işlərinə çıxan sözügedən vəkillər barəsində hətta Baş Prokurorluq tərəfindən göndərilən təqdimata belə obyektiv baxılıb. Həmin vəkillərin xeyrinə qərar verilibsə, bunu yalnız alqışlamaq olar.
Bununla yanaşı, daha çox qalmaqallı işlərə çıxan Janna Bağırova Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə vəkillikdən xaric edilib.
Onun xaric edilməsi barəsində çoxsaylı şikayətlər edilməsi ilə əlaqəli olub.
Bundan qabaq da dəfələr Janna Bağırova barəsində intizam icraatı başlanılıb.
Hər üç vəkil Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə ən çox şikayət yazan şəxslərdir və Vəkillər Kollegiyası ilə münasibətləri heç də ürəkaçan deyil. Ancaq onların daha çox müxalif vəkillik həyata keçirməsinə baxmayaraq, Vəkillər Kollegiyası sözügedən vəkilləri tam şəkildə müdafiə edib.
Qeyd edək ki, Baş Prokurorluğun Vəkillər Kollegiyasına şikayət eməsinə səbəb Gəncə hadisələri bağlı olan cinayət işi ilə əlaqədardır.
Zaur Hacılı Demokrat.az


