Dünya

"Yaxun günlərdə mitinqlərlə məşğul olacağam" — Lukaşenko

Yaxun günlərdə mitinqlərlə məşğul olacağam — Lukaşenko

Belarus Prezidenti Aleksander Lukashenko yaxın günlərdə ölkədəki etiraz aksiyaları ilə məşğul olacağını bildirib.

Respekt.az BelTA-ya istinadla xəbər verir ki, o, bu barədə "Dzerjinsky" kənd təsərrüfatı kombinatına səfəri zamanı bəyan edib.

"Minskdə və ya başqa bir yerdə kimsə bunu bəyənmir. Bu təbiidir. Ancaq bu sizi narahat etməməlidir. Bu, mənim həll etməli olduğum problemdir . Bunu biz həll etməliyik. İnanın, yaxın günlərdə həll edəcəyik", - Lukaşenko deyib.

Xəbər verildiyi kimi, kənd təsərrüfatı kombinatına səfəri ərəfəsində Lukaşenko Belarus hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüşüb. O, bu haqda deyib: "Mən gördüm ki, uşaqlar ölkələrini heç kimə vermək niyyətində deyillər".

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən seçkilrin rəsmi nəticələrinə görə, Aleksandr Lukaçenko 80,1%, onun əsas rəqibi Svetlana Tixanovskaya isə 10,1% səs toplayıb.

Demokrat.az

D
demokrat.az