Dünya

Kiyevdə ABŞ və Türkiyə səfirliklərinə “bomba” qoyan erməni tutuldu

Kiyevdə ABŞ və Türkiyə səfirliklərinə “bomba” qoyan erməni tutuldu

Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ və Türkiyənin Ukraynadakı səfirliklərinə “bomba” qoymaqda şübhəli bilinən 46 yaşlı Ermənistan vətəndaşını saxlayıb.

Demokrat.az xəbər verir ki, bu haqda məlumatı Gordonua nəşri Kiyev prokurorluğunun mətbuat xidmətinə istinadən yayıb.

İstintaqın məlumatına görə, avqustun 1-də kişi polisə zəng edərək iki səfirliyin binalarına “bomba” qoyulduğunu deyib.

Asayiş keşikçiləri ərazidə partlayıcı maddələr tapmayıblar.

Kişi tutulub. O, cinayət törətməkdə şübhəli bilinib. Cinayət Məcəlləsinin 259-cu (vətəndaşların təhlükəsizliyinə təhdid barədə bilərəkdən yalan mesaj) maddəsinə görə altı ilə qədər həbs cəzası ala bilər.(konkret.az)

D
demokrat.az