Sosial

Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxladı

Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxladı

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarını qəbul edib, texniki qulluq göstərib və baxış keçiriblər.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar.

Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 23-də Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar.

Müsabiqə sentyabrın 5-dək davam edəcəkdir.

D
demokrat.az