Hadisə

Vitse-spiker səsvermədən yayınan deputatlara XƏBƏRDARLIQ ETDİ

Vitse-spiker səsvermədən yayınan deputatlara XƏBƏRDARLIQ ETDİ

Milli Məclis sədrinin Birinci müavini Ziyafət Əsgərov bu gün parlamentdə qanun layihələrinin müzakirəsi zamanı deputatlara ikinci dəfə xəbərdarlıq edib.

Demokrat.Az xəbər verir ki, I vitse-spikerin deputatlara xəbərdarlıq etməsi millət vəkillərinin səsvermədə passiv iştirak etməsi ilə bağlı olub.

Müzakirələr zamanı səsvermədə cəmi 90 deputatın iştirak etdiyini görən Birinci vitse-spiker zalda 102 deputat olduğunu bildirib və onlardan səsvermədə iştirak etməyi tələb edib.


Demokrat.Az

D
demokrat.az