Bakıda dəniz kənarında taksi sürücüsü çıxılmaz vəziyyətə düşüb.
Demokrat.az xəbər verir ki, Pirşağı qəsəbəsi Qızılqum çimərliyinə sərnişin aparan "London taksi"si qumda batıb.
Ətrafda olan şəxslər kömək etməyə çalışsalar da, bu alınmayıb.
Sonda taksi "Niva" markalı maşına qoşularaq qumdan çıxarılıb.(unikal.org)


