Siyasət

Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıtdı

Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıtdı

Şənbə günü Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

Sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir:

"Şənbə günü daha 79 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib. İndiyədək 9 qrup şəklində 1300 nəfər İran vətəndaşı ölkəyə geri qayıdıb". (Modern.az)

D
demokrat.az