Bakıda özünü dənizə atan şəxsin xilasedilmə anları — VİDEO

HADİSƏ 15 avq 2020, 16:15

Bakıda intihara cəhd hadisəsi baş verib.

 

Oxu.Az-ın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda olub.

 

Belə ki, 1998-ci il təvəllüdlü Mürşüdov Miri Raqif oğlu özünü dənizə atıb.

 

O, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb və  aidiyyəti üzrə təhvil verilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top