Yəməndə yeni hökumət yaradılır

DÜNYA 13 avq 2020, 12:10

Yəməndə yeni hökumət formalaşdırmaq üçün görüşlər başlayıb.


Bu barədə Yəmən prezidenti Abdurabbu Mansur Hadinin müşaviri Əbdülmalik əl-Mihlafi özünün “Twitter” hesabında yazıb.


O bildirib ki, ölkə prezidenti tərəfindən yeni hökuməti formalaşdırmaq üçün təyin olunan Muin Əbdülmalik artıq danışıqlara başlayıb.


Prezidentin müşaviri qeyd edib ki, danışıqlardan sonra hökumət qurulacaq.


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ötən il noyabrın 5-də Yəmən hökuməti ilə Müvəqqəti hökumət arasında qarşılıqlı müqavilə imzalanıb.


Lakin razılaşma təhlükəsizlik bəndlərinin tərəflər arasında yaratdığı fikir ayrılığı səbəbindən həyata keçirilə bilməyib.(oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top