“Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər”

SİYASƏT 12 avq 2020, 13:12

Bir neçə gün əvvəl qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Milli Şurası”nın üzvü, general-mayor Vitali Balasanyan “Facebook” səhifəsində Ermənistan hakimiyyətinin ünvanına sərt fikirlər səsləndirib. Qeyd edib ki, “Ermənistan hakimiyyətinin məsuliyyətsiz bəyanatları və uydurma ittihamları Ermənistan və “Artsax” respublikalarının milli təhlükəsizliyini təhlükə altına atır və bununla da Azərbaycanın hərbi-siyasi rəhbərliyini irimiqyaslı hərbi əməliyyatları bərpa etməyə məcbur edir”.

 

“Uzun müddətdir ki, Ermənistanın icra və qanunverici hakimiyyətinin bəzi yüksək vəzifəli nümayəndələri və onlara xidmət edən qüvvələr, Ermənistan və “Artsax” vətəndaşları arasında qara və ağ, inqilabçı və əks-inqilabçı, yeni və köhnə olanlar bölünməsinə səbəb oldu”, - o bildirib.

 

Balasanyanın bəyanatını AYNA-ya şərh edən “Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin direktoru, hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanın siyasi və hərbi rəhbərliyi ilə Qarabağdakı separatçı ermənilərin başçıları arasında yaranan qarşıdurma pik nöqtəyə çatıb: “Balasanyan Ermənistan hakimiyyətini açıq və kəskin şəkildə ittiham edərək ciddi qarşıdurma, ayrıseçkilik və gərginliyin mövcudluğunu bəyan edib. Əslində, biz onlar arasında köklü narazılığın olduğunu bilirik. Sadəcə, indiyə kimi erməni cəmiyyətində nüfuzlu şəxslərdən heç biri vəziyyəti belə çılpaqlığı ilə açıqlamamışdı”.

 

“Ermənilərin Qarabağda muzdlu döyüşçülərin sayını artırmasına dair məlumatlardan sonra Balasanyanın bu cür bəyanat verməsi təsadüfi deyil. Balasanyanı narahat edən məqamlardan biri Ermənistanın mövcud hakimiyyətinin Qarabağdakı separatçıları nəzərə almadan qərar qəbul etmə təhlükəsidir. Söhbət Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan gedir”, - ekspert vurğulayıb.

 

<a style='color:#336699; font-weight:bold;' href='./'>Demokrat.az</a> - Ölkə və dünya ilə bağlı xəbərlər


“İkinci məsələ isə ərazilərin işğaldan azad edilməsi istiqamətində başlanacaq hərbi əməliyyatlarda Ermənistandan lazımi dəstəyin gəlməməsi ehtimalıdır. Digər məqam isə Rusiya faktoru ilə bağlıdır. Yəni, Rusiyanın maraqlarına tam olaraq xidmət etməyən Paşinyanın rusiyameyilli və ermənilər arasında nüfuzu olan şəxs tərəfindən tənqid edilməsi, hətta, Paşinyan hökumətini bacarıqsız adlandırması təsadüfü deyil. Balasanyanın bəyanatı sifarişlə yanaşı, narahatlıqdan da meydana çıxa bilər. Demək, ermənilər Azərbaycanın öz ərazilərini azad edəcəyi vaxtın yaxınlaşdığını hiss edirlər”, - Məmmədli əlavə edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top