Sosial

Təhsil naziri rus dilinin tədrisi ilə bağlı əmr İMZALADI

Təhsil naziri rus dilinin tədrisi ilə bağlı əmr İMZALADI

Təhsil naziriCeyhun Bayramov“Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.

Demokrat.Azxəbər verir ki, əmrə əsasən,Azərbaycanın 50 -Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrəTəhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Təsdiq olunan tədris planına dair qeydlərə əsasən,I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərscədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

V-VII (beşinci-yeddinci) siniflərdə “İkinci xarici dil”ə və dərsdənkənarməşğələlərə ayrılan 1 (bir) saat, IX (doqquzuncu) sinifdə “İkinci xarici dil”ə ayrılan 1 (bir)saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə “Rusdili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə “İkinci xarici dil”ə ayrılmış 1 (bir) saat və dərsdənkənar məşğələlərəayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinəverilib.

VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərscədvəlinə daxil edilməklə “Qarabağın tarixi” fakültativ kursun tədrisinə ayrılıb.

“Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu)siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20(iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənarməşğələlərdən verilən saatlar istisna olmaqla).

Bu əmrlə müəyyən edilən Bakı şəhərinin 13, 95, 238, 245, 265, 276 nömrəliümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilində “Rəqəmsal bacarıqlar”pilot layihəsihəyata keçirildiyindən həmin məktəblərin V-VI siniflərində “Rus dili” fənni “İkinci xarici dil”əayrılmış saat hesabına həftədə 1 (bir) saat tədris ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

D
demokrat.az