Braziliyada matəm elan edildi

DÜNYA 09 avq 2020, 19:12

Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı 100 mini ötüb. 


“İnterfax” xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 


Bildirilib ki, son sutka ərzində 905 nəfər koronavirusdan ölüb, bununla da pandemiyanın qurbanlarının sayı 100 543 olub. 


Braziliya Ali Məhkəməsi ölkədə matəm elan edib. 


Qeyd edək ki, Braziliya koronavirusdan ölüm hallarına görə dünyada ikinci yerdədir. Ölkədə üç milyondan çox insan koronavirusa yoluxub.(oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top