Dünya

Çində fabrik yandı — Ölənlər var

Çində fabrik yandı — Ölənlər var

Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb. Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ərazidə axtarış işləri davam edir.(qaynarinfo.az)

D
demokrat.az