Sosial

Məscidlərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Məscidlərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Biz hələlik məscidlərin açılmasına gedə bilmərik”.

Oxu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu il Həcc ziyarəti qeyri-adi formada keçirildi:

“İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə aid deyil. Bu, iqtisadiyyata və normal həyatımıza təsir edir”.

“Bu il məscidlərin açılması müzakirə olunmur”, - deyə, Prezidentin köməkçisi əlavə edib.

D
demokrat.az