“Ermənilər indi 18-ci, 19-cu, hətta 20 əsr olmadığını başa düşməli və qəbul etməlidirlər. Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə “Başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmaq olar” prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya “Mən qolu güclüyəm torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi”.
Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev qeyd edib ki, Krım da “Xoşuma gəlir, mənim sərhədimdədir, onu da Osmanlı imperiyasından alıram, kim mənə nə deyə bilər” siyasətinin qurbanıdır:
“Ancaq artıq 20-ci əsrdə başqasının torpaqlarını işğal edib özününküləşdirmək mümkün olmadı. Bu yaxınlarda ABŞ hökuməti heç vaxt Baltikyanı ölkələrin sovetlərin tərkibində olduğunu qəbul etmədiyini açıqladı. Sovetlərin Yaponiyadan qopartdığı adaların heç vaxt Rusiyanın olmayacağına Putin tipli imperiya dəliləri inanırlar.
“Dağlıq Qarabağ və Qarabağ heç vaxt Ermənistanın olmayacaq! Bunu anlamamaq qanmazlıqdır!”
Sabiq spikerin sözlərinə görə, indi iş elə gətirib Azərbaycan Ermənistanla qonşu olub:
“Erməni xalqı, işğal etdiyiniz Azərbaycan torpaqlarının bir qarışı da heç vaxt sizə verilməyəcək. Bunu anlamamaq əbləhlikdir. Ona görədə uzun müddətli güclü Azərbaycanla cılız Ermənistanın bu torpaqlar üstündə vuruşması ancaq və ancaq sizin bir dövlət kimi süqutunuza gətirib çıxardacaq. Oturub hamının qəbul edəcəyi bir müqavilə üzərində işləmək lazımdır”.


