Sosial

Prezident Onlayn Media Klubunun həmtəsisçisini təltif etdi

Prezident Onlayn Media Klubunun həmtəsisçisini təltif etdi

Prezident İlham Əliyevin Azərbaycan mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə təltif etdiyi jurnalistlər arasında Onlayn Media Klubunun həmtəsisçisi Vasif Həsənli də var.

Demokrat.az-ın xəbərinə görə, V.Həsənli dövlət başçısının sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Onlayn Media Klubu bu yüksək diqqətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirir.

D
demokrat.az