Azərbaycan dövləti mətbuatın cəmiyyətdəki roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın milli mətbuatımıza verdiyi önəm açıq-aşkar göz qabağındadır. Onlar dəfələrlə jurnalistlərin dostu olduqlarını sübut ediblər, bir ölkə üçün vacib olan medianın işinə həmişə həssas yanaşmış və onların fəaliyyətinə yüksək qiymət vermişlər. Bu dəyər ildən-ilə artmaqdadır.
Prezident İlham Əliyevin Azərbaycanda milli mətbuata və onun zəhmət çəkən hər bir jurnalistinə diqqət göstərməsi, həyat və şəraitinin yaxşılaşdırılmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlik addımlar, eləcə də əməyinin yüksək qiymətləndirilməsi üçün imzaladığı sərəncamlar və bütövlükdə bu sahəyə ayırdığı qayğı təqdirəlayiqdir.
Bu diqqət və qayğı hər zaman olduğu kimi bu gün də hiss edilir. Azərbaycanda milli mətbuatının 145-ci ildönümündə məhz medianın inkişafını özündə əks etdirən Prezident İlham Əliyevin ardıcıl sərəncamları onun "dördüncü hakimiyyət" kimi qəbul olunan və özündə strateji əhəmiyyət kəsb edən bir sahəyə olan yanaşmasıdır.
Sirr deyil ki, ölkə başçısının bu diqqəti ilə yanaşı, jurnalistikamızın bu gününə baxanda Birinci Vitse-Prezident Mehriban Əliyevanın nümayiş etdirdiyi xeyirxah münasibəti də unuda bilmərik. Birinci xanımın daim jurnalistlərin yanında olduğunu göstərən çoxlu sayda nümunələr var. Bir sözlə, bu gün Azərbaycanda jurnalistlər, həm Prezident İlham Əliyevin, həm də Birinci Vitse-Prezident Mehriban Əliyevanın hərtərəfli qayğısı ilə əhatə olunublar.
Bu xüsusda, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə, Milli Mətbuat 145-ci ildönümü günündə ölkə başçısının müvafiq sərəncamlarını yüksək qiymətləndiririk.
Prezident İlham Əliyevin Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında bu gün imzaladığı sərəncamla "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlinin də bu fəxri ada layiq görülməsi sevindirici və qürurvericidir.
Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın mətbuata və jurnalistlərə, o cümlədən "Demokrat.az" xəbər portalına göstərdiyi yüksək etimada və diqqətə görə kollektivimiz adından onlara xüsusi minnətdarlığımızı bildiririk. Bu yüksək etimad bizi daha da həvəslə çalışmağa ruhlandırır və bizə əlavə stimul verir.
Hörmətlə,
"Demokrat.az" xəbər portalının kollektivi


