Siyasət

Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycanındır!” plakatı qaldırıldı

Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycanındır!” plakatı qaldırıldı

TÜRKAZDER (Türkiyə-Azərbaycan Dərnəyi) üzvləri Ağrı dağının zirvəsini (5 137 m) fəth edərək Azərbaycana dəstək mesajı ötürüblər.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Twitter”də TÜRKAZDER-in Iğdır şöbəsinin başqanı İlteriş Kağan Taşkınsu yayıb.

Dağın zirvəsinə çıxan fəallar orada plakat açaraq Azərbaycana dəstəyini ifadə ediblər: “Ermənistan işğalına son qoyulsun. Qarabağ Azərbaycanındır!”.(report.az)

D
demokrat.az