Kriminal

Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakıda 27 yaşlı gənc bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdü Ə.Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işinə başlanılıb.(apa.az)

D
demokrat.az