Sosial

Faciəvi şəkildə ölən qərargah rəisi dəfn edildi — FOTO

Faciəvi şəkildə ölən qərargah rəisi dəfn edildi — FOTO

Bu gün yol qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev Cəlilabad rayonunda dəfn edilib.

Report-un məlumatına görə, mərhum rayonun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində polkovnikin yaxınları, rayon rəsmiləri və DSX-nın nümayəndələri iştirak ediblər.

D
demokrat.az