Sosial

“Tri Koronı” binalarının yaxınlığında tikinti işləri gedir? — İcra Hakimiyyətindən AÇIQLAMA

“Tri Koronı” binalarının yaxınlığında tikinti işləri gedir? — İcra Hakimiyyətindən AÇIQLAMA

Bakının Yasamal rayonunda “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.

Bu barədəYasamal rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur".

İcra Hakimiyyətindən o da bildirilib ki, mediada ərazi ilə bağlı yayılmış foto şəkillər köhnədir: "Hazırda ərazidə yalnız abadlıq və təmizlik işləri görülür" . (APA)

D
demokrat.az