Sosial

Ruslan Quliyev döyüşə getmək üçün qeydiyyatdan keçdi — FOTO

Ruslan Quliyev döyüşə getmək üçün qeydiyyatdan keçdi — FOTO

Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosasiyasinin sədri Ruslan Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinə gedərək könüllü hərbi xidmət etmək üçün çağırışa yazılıb.

Bu barədə Demokrat.az-a Ruslan Quliyev özü məlumat verib.

O, bildirib ki, Ermənistan və onun arxasında dayanan qüvvələr öz məkrli niyyətlərini davam etdirirlər:

"Demək olar ki, diplomatik həll dalana dirənib. Azərbaycan xalqı öz problemini özü həll etməlidir. Son hadisələr də onu bir daha göstərdi ki, Azərbaycan insanı ən kritik anlarda birləşməyə və Vətəni müdafiə etməyə qadirdir.

R.Quliyev, Ali Baş Komandanın döyüş əmrini gözlədiyini deyib:

"Səfərbərlik üçün qeydiyyatdan keçən vətəndaşlar torpaqlarımızı işğaldan azad etmək istəyirlər. Biz də vətəndaş olaraq Vətənin bu günündə əli-qolu bağlı evdə otura bilmərik. Ali Baş Komandanın əmrini gözləyirik. Nəinki gənclər, ortayaşlı nəslin nümayəndələri də torpaqları azad etmək üçün hər an döyüş əmrinə hazırdılar".

Zamiq Demokrat.az

D
demokrat.az