İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Qazet.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev son günlər cəbhədəki sakitliklə bağlı mövzuya toxundu.
“Ötən gecə iriçaplı pulemyotlardan və silahlardan isifadə edərək müəyyən qədər atəşkəsi pozublar. İriyiqyaslı mərmi və toplardan istifadə olunmayıb. Əhali dinc şəkildə öz işi ilə məşğuldur. İndi bu fırtına qabağı sakitçilikdir ya yox bilmirəm, ümumən sakitçilikdir”, – deyə millət vəkili qeyd edib.
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə 12 hərbçimiz şəhid olub.


