Taksi sürücüsünü söyüş söyməmə barədə xəbərdarlığına görə döydülər — VİDEO

DÜNYA 18 iyl 2020, 09:23

Taksi sürücüsünün müştəridən söyüş söyməmə tələbi onun döyülməsi ilə bitib.


NTV-nin məlumatına görə, hadisə Rusiya paytaxtında baş verib.


Bununla bağlı yayılan kadrlardan görünür ki, arxa oturacaqda əyləşən müştərilər sürücünü söyə-söyə vururlar.


“Bu iki nəfər məni döydü, yaxınlıqdan polis maşını keçirdi. Mən siqnal verdim, hətta onların yolunu da kəsdim. Ancaq onlar getdilər. Bundan sonra müştərilər yenidən məni döyməyə başladılar”, - deyə, taksi sürücüsü başına gələnləri danışarkən bildirib.


Sonda sürücü çarəni çoxlu insan toplaşdığı yerə getməkdə görüb.


“Burada dayanmadan siqnal verdim. Bu vaxt bir neçə nəfər mənə yaxınlaşdı. Onlar da maşından düşdülər”, - deyə, taksi sürücüsü bildirib.


Hadisə ilə bağlı yoxlamalara başlanılıb.(oxu.az)

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top