Tanzaniyada daşqın 155 nəfərin həyatına son qoydu

DÜNYA 26 apr 2024, 16:44
Şərqi Afrika ölkəsi Tanzaniyada daşqın nəticəsində ölənlərin sayı artmağa davam edir. 

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, bölgədə sel və torpaq sürüşmələri nəticəsində indiyədək 155 nəfər ölüb, 236 nəfər isə yaralanıb. 

Yollara, körpülərə və dəmir infrasturukturlara ziyan dəyib. Həmçinin 200 mindən çox insan və 51 min ev zərər görüb. 

Səlahiyyətlilər, alçaq ərazilərdə yaşayanlara daha yüksək yerə köçmələri barədə xəbərdarlıq edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top