Sosial

Deputatın oğlu könüllü hərbi xidmət etmək üçün çağırışa yazıldı — Atasından AÇIQLAMA (FOTO)

Deputatın oğlu könüllü hərbi xidmət etmək üçün çağırışa yazıldı — Atasından AÇIQLAMA (FOTO)

Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı könüllü hərbi xidmət etmək üçün bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində könüllü olaraq qeydiyyatdan keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Elçin Ağamalı özü məlumat verib.

Onun fikirlərini təqdim edirik:

"Bu gün zəfər savaşında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində könüllü olaraq qeydiyyatdan keçdim. İnşallah şəhidlərimizin qisasını almaq və gözəl yurdumuzda erməni qanı axıtmaq nəsibim olar".

Deputat Fəzail Ağamalı isə oğlunun bu addımına belə reaksiya verib:

"Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri, oğlum Elçin Ağamalı səfərbərliyə qoşulmaq istədiyini mənə bildirdi. Mən öz xeyir - duamı verdim. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində ehtiyyatda olan zabit kimi könüllü qeydiyyatdan keçdi.

Erməni faşistləri üzərində qələbə gününü bütün əsgər, zabitlərimizlə və səninlə keçirtmək günü nəsibimiz olsun!

Tanrı Yolunuzu açıq etsin!".

Demokrat.az

Deputatın oğlu könüllü hərbi xidmət etmək üçün çağırışa yazıldı — Atasından AÇIQLAMA (FOTO)

D
demokrat.az