Ermənistanın ən çox oxunan "ArmenianReport.com" portalı Tovuz döyüşlərindən sonra rəsmi yerəvanın beynəlxalq aləmdə müttəfiqlərini tamamilə itirdiyini etiraf edib.
Demokrat.az-ın məlumatına görə, sözügedən xəbər saytında jurnalisti Tevos Arşakyanın müəllifi olduğu "Rusiya və KTMT, tfu sifətinə..." adlı məqalə yerləşdirilib.
Erməni jurnalist məqaləsində Rusiya dövləti haqqında aşağılayıcı fikirlər səsləndirərərək, rus hərbiçilərini "donuz" adlandırıb.
Həmin məqaləni təqdim edirik:
"Artıq bir neçə gündür ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan hərbçilərinə atəş açır, döyüş məntəqələrimiz vurulur, amma nə Rusiya, nə də KTMT Azərbaycana qarşı bir tədbir görə bilmir.
Üzr istəyirəm, amma duyğular məni üstələyir. Artıq tamamilə dəli olan Moskva özünü korluğa vurub və deyir təmkinli olun. Moskvada hansı təmkindən danışırlar? Təkbaşına Türkiyənin Azərbaycanın müdafiəsinə necə dayandığına baxın. Etiraf etmək lazımdır ki, Ankara bütün bölgəyə açıq şəkildə Bakının əsl hərbi-siyasi müttəfiqi olduğunu və hətta azərbaycanlılar uğrunda hərbi addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Təəssüf ki, Ermənistan Rusiyanın yanında belə bir müttəfiqi ilə öyünə bilməz. Ruslar bizə bir daha xəyanət etdilər, Azərbaycanı silahlandırdılar.
Bununla da həm 2016-cı ilin aprel döyüşləri, həm də indiki vəziyyət göstərdi ki, Ermənistanın müttəfiqləri olan ölkələr və təşkilatlar Azərbaycana qarşı addım atmağa çəkinirlər. Ona görə də biz "müttəfiqlərimizə", o cümlədən Rusiyaya inanmamalıyıq.
Axı biz necə Rusiyanı müttəfiqimiz saya bilərik? Bəlkə ölməkdə olan Rusiya İmperiyası ilə bir yerdə olmağımıza son qoyub nəhayət Qərbin xeyrinə son seçimi edək? Ancaq bunu etmək üçün də əvvəlcə Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarılmalıdır. Axı nə üçün Ermənistan bizə heç bir faydası olmayan rus donuzlarını qidalandırmalıdır?".
Zaur Hacılı Demokrat.az


