Gündəm

Bakir Qarayev: “Yalan məlumatları yayanlar bizim dilimizdə səlis danışa bilən ermənilərdir”

Bakir Qarayev: “Yalan məlumatları yayanlar bizim dilimizdə səlis danışa bilən ermənilərdir”

“Dəyərli dostlar, sosial şəbəkələrdəki paylaşımlardan diqqətli olun, hər yayılan məlumat doğru olmaya bilər, Azərbaycan dilini təmiz bilən ermənilərin tələsinə düşə bilərsiz”.

Demokrat.az xəbər verir ki, bu sözləri “facebook” hesabı vasitəsilə sosial şəbəkə istifadəçilərinə müraciət edən Müasir Müsavat Partiyasının Bərdə rayon təşkilatının sədri Bakir Qarayev yazıb.

Təşkilat sədri bildirib ki, sosial şəbəkələrdə "Tovuzda ön cəbhədən, hərbi hissə"dən səs yazıları paylaşılır, insanlara yanlış məlumatlar verilir, daxildə çaxnaşma yaratmağa çalışırlar:

“Yalan məlumatları yayanlar bizim dilimizdə səlis danışa bilən ermənilərdir. Bilin ki, düşmən bizə qarşı bütün yollara əl atır. Gəlin təxribatlara uymayaq, sayıq davranaq. "Ön xətt"dən, "döyüş zonası"dan kimi təqdim olunan audio və vizual paylaşımların hamısı azərbaycanlı, türk adlarıyla yaradılan profillərdir”.

B.Qarayev vurğulayıb ki, içimizdəki ermənilər və ermənipərəstlər çalışırlar ki, xalqı təşfişə salsınlar və dövlətimizə qarşı çıxarsınlar:

“Belə bir vaxtda hər birimiz ayıq-sayıq olmalıyıq, pafoslu çıxışlara uymamalı, qeyri-rəsmi məlumatlara əsaslanmamalı, heç bir təxribata getməməliyik. Dövlətimizin, Ali Baş Komandanımızın yanında olmalıyıq”.(versus.az)

D
demokrat.az