Siyasət

"Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik" — NATO Baş katibinin xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik — NATO Baş katibinin xüsusi nümayəndəsi

“Biz Ermənistan-Azərbaycan sərhədində ağır silahlardan istifadə edilməsi və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyirik”.

APA-nın məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün “Facebook” hesabındakı yazıb.

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini gərginliyin daha da böyüməsinin qarşısını almaq üçün bütün lazımı tədbirləri görməyə dair tərəflərə çağırış etməyə səsləyirik", - deyə o qeyd edib.

D
demokrat.az