İdman

“Qarabağ”- “Arsenal” matçının biletləri satışa çıxarıldı

“Qarabağ”- “Arsenal” matçının biletləri satışa çıxarıldı

"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılıb.

Demokrat.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ” oktyabrın 4-ü İngiltərənin "Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri bu gündən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop (Park Bulvar) "İticket" kassaları Sumqayıt şəhəri (ASAN xidmət) "28 Mall" "Gənclik Mall"

Qeyd edək ki, stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.

D
demokrat.az