Rəhim Qazıyev: satqınlığın yeni rolunda

SOSİAL 13 iyl 2020, 19:04

Ötən gün keçmiş müdafiə naziri Rəhim Qazıyev Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyətin yenidən gərginləşməsindən sui-istifadə edərək, düşməni sevindirən təxribata əl atıb. Səs yazısı yayılan Rəhim Qazıyev insanlara çağırış edir ki, onun hadisə yerindən aldığı "səhih məlumatlara görə" düşmənin hücumu nəticəsində guya bizim qüvvələr geriyə çəkilib, çoxsaylı itkimiz olub, camaat panika içərisində və orqanlar iflic olub. 


O, Tovuz rayonunda ermənilər tərəfindən törədilən təxribatda özünü "millətsevər" kimi göstərməyə çalışaraq camaatı küçələrə səsləyir. 


Bununla, Rəhim Qazıyev ölkə daxilində ictimai fikri qarışdırmaq, təxribat xarakterli xəbərlər yaymaqla işğalçı Ermənistan ordusuna misilisz xidmət etmiş olur. Əslində, Rəhim Qazıyevin xəyanətlərini Azərbaycan xalqı unutmayıb. 


1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olmuş, Şuşanın müdafiəsinin düzgün qura bilmədiyinə görə xalqın qəzəbinə tuş gəlmiş Rəhim Qazıyevin müharibə şəraitində növbəti dəfə təxribata əl atması onu göstərir ki, o, hələ də xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edir.


Kimdir Rəhim Qazıyev? 


02.03.1990-cı ildə SSRİ DTK tərəfindən həbs olunaraq Moskvada məşhur "Lefortovo" həbsxanasına göndərilir və az sonra xüsusi xidmət orqanları tərəfindən "verbovka" olunaraq azadlığa buraxılır. Rəhim Qazıyevin Azərbaycana və onun xalqına xəyanəti həmin dövrdən başlayır. Sonradan o müdafiə naziri vəzifəsinə qədər yüksəldilir və Azərbaycana qarşı mənfur planlar əsasən bu dövrdə həyata keçirilməyə başlayır.


Rəhim Qazıyevin vətən xaini olması və başqa dövlətlərin sifarişini həyata keçirməsi heç kimə sirr deyil. Görünən odur ki, insanların pandemiya şəraitindəki psixoloji vəziyyətindən istifadə edərək, ölkəmizdə qeyri-müəyyənlik yaratmaqla çirkin niyyətlərinə nail olmaq istəyən qüvvələr Rəhim Qazıyev vasitəsilə hərəkətə keçiblər.


Amma əminik ki, Azərbaycan xalqı Rəhim Qazıyev kimi satqın vətən xainlərini yaxşı tanıyır və bu kimi təxribatlara əsla uyan deyil. Hər kəs əmin olsun ki, Qarabağ tezliklə məhz Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyən Azərbaycan Ordsunun gücü və iradəsi ilə işğaldan azad ediləcək!


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top