Nazirlikdən yayılmış sel görüntüləri ilə bağlı AÇIQLAMA: “Dağıstanda çəkilmiş videodur”

GÜNDƏM 12 iyl 2020, 14:18

“İyul ayının 11-dən 12-nə keçən gecə səhər saatlarında ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində əksər rayonlarda hava şəraiti yağışlı keçib, şimşək çaxıb”.


Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə müşahidə olunan hava şəraiti, eləcə də, mətbuatda həqiqəti əks etdirməyən xəbərlər barədə danışarkən bildirib.


Onun sözlərinə görə, respublikanın dağlıq və dağətəyi rayonlarında, Böyük və Kiçik Qafqazda yağıntılar leysn xarakterli intensiv olub: 


“Nəticədə, bəzi ərazilərdə sel hadisəsi də qeydə alınıb. Gözlənilən proses idi”.


U.Tağıyeva sosial şəbəkələrdə və bəzi mediada Hacıkənddə müşahidə olunan sel görüntüləri ilə bağlı yayılan videodan da danışıb. O qeyd edib ki, bu, həqiqətə uyğun deyil: 


“Bu hadisə 2019-c ildə Dağıstanda olan çəkilişlərdir. Respublikanın rayonlarında qeydə alınan sel hadisələri keçən il Şimali Qafqazda olan hadisədən xeyli zəif olub. Belə bir proseslər Böyük Qafqaz sıra dağlarından aşarkən bir qədər intensivliyini itirir. Xoşbəxtlikdən Azərbaycanda Şimali Qazqazda olan digər ölkələrdən bir qədər zəif keçir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top