Ukraynada azərbaycanlı iş adamı qaçırıldı

DÜNYA 09 iyl 2020, 11:02

Ukraynanın Luqansk vilayətində naməlum şəxs Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü iş adamı, əslən Azərbaycanın Ağdam rayonundan olan Əbilov Tofiq Ağamirzə oğlunu qaçırıblar.


Demokrat.az xəbər verir ki, Alçevsk şəhərinin yaxınlığındakı yaşayış yerinə yaxın ərazidən qaçırılan iş adamı bundan əvvəl bir neçə təhdid alıb.


Bildirilir ki, iyulun 3-də naməlum şəxslər onun avtomobilinin yolunu bağlayıb və kişini naməlum istiqamətə aparıblar.


Təxminən bir həftədir ki, qaçırılan azərbaycanlı iş adamından xəbər yoxdur.


Qeyd edək ki, Tofiq Əbilovun qaçırıldığı ərazi separatçıların nəzarətindədir.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top