“Camaatı diri-diri öldürmək lazım deyil” — Müğənni Elnarə

ŞOU-BİZNES 08 iyl 2020, 18:25

Müğənni Elnarə Xəlilova özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edib.


Yenisabah.az xəbər verir ki, Elnarə aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı iradını yayımlayaraq fikirlərini bölüşüb. O bildirib ki, yay günlərində evdə oturmaq çətindir:


"Xahiş edirəm, ey bizim ölkənin həkimləri: Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın, bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək"


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top