Ronaldo Messinin rekordunu təkrarladı

İDMAN 08 iyl 2020, 17:46

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 2007-2008-ci illər mövsümündən başlayaraq 10-cu dəfə bir çempionat ərzində 25-dən artıq qol vurub.


Bu barədə Gazeta.ru yazıb.


Hücumçu İtaliya çempionatının 31-ci turunda “Milan”la oyunda fərqlənib. Hazırkı mövsümdə portuqaliyalı A seriyasında artıq 26 qol vurub. Ümumilikdə, Ronaldo bu mövsüm “Yuventus” forması ilə çıxdığı 39 qarşılaşmada isə 30 qol vurub və yeddi məhsuldar ötürmə edib.


Beləliklə, K.Ronaldo ardıcıl 10-cu dəfə mövsüm ərzində 25-dən artıq qol vurub ki, buna qədər sözügedən rekord “Barselona”nın argentinalı ulduzu Lionel Messiyə məxsus idi.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top