Dünya

"Rusiya-Türkiyə münasibətlərində çətin məsələlər var" - Putin

Rusiya-Türkiyə münasibətlərində çətin məsələlər var - Putin

"Rusiya-Türkiyə münasibətləri müsbət şəkildə inkişaf edir. Bura kifayət qədər yüksək templə inkişaf edən ticari-iqtisadi münasibətlər, regionda və daha geniş miqyasda beynəlxalq arenadakı təhlükəsizlik üzrə əlaqələrimiz daxildir".

Demokrat.Azreport-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, çətin məsələlər də var: "Sizi burada görməyimə çox şadam. Həm bu kompleks məsələlər üzrə fikir mübadiləsi apara, həm də hələ ki həlli olmayan məsələlərin həlli yollarını axtara biləcəyik".

D
demokrat.az