Tanınmış naşir "od püskürdü" — Hamını diri-diri basdırmaq istəyirsiz

SOSİAL 06 iyl 2020, 18:30

"Artıq 4-cü aydır COVİD-19-un təhdidi altındayıq. Hər gün dəyişən karantin şərtləri belimizi sındırıb. Nə qonorar verə bilir, nə maaşları çatdırırıq".

 

Demokrat.az xəbər verir ki, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

 

Ölkədə ilk özəl nəşriyyatlardan birini yaradan naşir bütün müstəqil təşkilatlar kimi çətin günlər yaşadıqlarını bildirib: "Yataqda yox, ayaqda olduğumuza görə şükürlər edirəm. Məsələ bunda deyil, bu ağır günlərdə bir dəfə olsun, bu dövlətin varlığını yanımda hiss etmədim. Yalnız pis fəaliyyəti ilə qəzəb yaratdı. 10 manatlıq kitab çatdırmağa gedən insanımızı 200 manat cərimə etdi. Dövlət yalnız cərimə etmək, həbs etmək, evlərə polis göndərmək üçün deyil!"

 

"Guya sahibkarlığa yardım fondu var. Bir neçə dəfə yardım üçün müraciət etmişəm, ağzımı gedər gəlməzə döndəriblər. "Güzəştli kredirləri banklar verir" - deyirlər. Banklar isə "yardım fondunun razılıq məktubunu alın" - deyirlər. İyrənc mühit yaratmısız. Hamını diri-diri basdırmaq istəyirsiz? Əks halda yardım edərdiz. Dar gündə varlığınızı göstərərdiz. Hələ görün, digər sahibkalıq sahələri nələr görürlər, hansı əziyyətlər çəkirlər?! Bəs, o 4 milyardlıq yardım fondunu niyə yaratdınız, o yardımlar hara gedir?!", - deyə Ş.Xuduoğlu vurğulayıb. (Dominant.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top