Gündəm

Boya fabrikində yenidən tüstülənmə başladı — Kəmaləddin Heydərov hadisə yerində

Boya fabrikində yenidən tüstülənmə başladı — Kəmaləddin Heydərov hadisə yerində

İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir. Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir. İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən, 3000 kv.m. ərazi yanıb.

FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Yanğının başvermə səbəbləri araşdırılır.

D
demokrat.az