İranda son sutkada koronavirusdan 163 nəfər vəfat etdi

DÜNYA 05 iyl 2020, 21:51

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 163 nəfər vəfat edib.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 11571 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2560  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 240438 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 201330  nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3168 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top